• cümə axşamı, 18 aprel, 13:05
  • Baku Bakı 22°C

Azərbaycanın əsas prioriteti

03.04.18 10:15 694
Azərbaycanın əsas prioriteti
"Azərbaycanın əsas prioriteti Qoşulmama Hərəkatının təməl və prinsiplərini, məqsəd və məramlarını beynəlxalq səviyyədə, o cümlədən, Avropa qitəsində təşviq etməkdir".
APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidməti Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan həm də beynəlxalq münasibətlərdə qanunun aliliyinə əsaslanan münasibətlərin formalaşması, Bandunq prinsiplərinə hörmət kimi məqsəd və məramların təşviqinə çalışacaq: "Bu gün də beynəlxalq münasibətlərdə gərginlik mühiti artmaqdadır və bu halda Qoşulmama Hərəkatının vacibliyi özünü təsdiqləyib".
"Qoşulmama Hərəkatının bəyanatlarında Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsi ilə bağlı məxsusi qeyd olunur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri, ərazi bütövlüyü və suverenliyi dəstəklənir və məhzBMT Təhlükəsizlik şurasının qətnamələri əsasında həllinə çağırış edilir. Əvvəlki sammitdə və XİN rəhbərlərinin toplantısında belə bir bənd də qəbul edilib. Builki toplantı çərçivəsində də bu məsələ müzakirə olunacaq. Çünki bu hərəkatın təməlində beynəlxalq sülh və təhlükəsizlik məsələləri, münaqişələrin həll edilməsi və onların həllinə müsbət töhfə verilməsi fundamental maraq kəsb edən məsələlərdən biridir", - deyə H. Hacıyev əlavə edib.
Qoşulmama Hərəkatının mahiyyətinin əsas xüsusiyyətlərindən birinin Cənub-Cənub (Ekvatordan aşağı xətdə olan ölkələr arasında əməkdaşlıq) əməkdaşlığı olduğunu deyən H. Hacıyev bildirib ki, tədbirdə iştirak edən dövlət məmurları ilə Azərbaycan tərəfi arasında çoxsaylı ikitərəfli görüş nəzərdə tutulub, Bakı görüşünün yekunu olaraq Bakı Bəyannaməsinin, geniş hesabatın və digər sənədlərin qəbulu nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər