• cümə, 29 Mart, 09:46
  • Baku Bakı 5°C

“Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”

04.09.13 14:16 1474
“Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”
Bu fikirləri Avropa Parlamentinin üzvü, Avropa Liberallar və Demokratlar Alyansının (ALDA) vitse-prezidenti Ramona Manesku Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab verib.
AAC-dan APA-ya verilən məlumata görə, millət vəkili bildirib ki, öz ictimai və iqtisadi potensialını reallaşdırmaq üçün, hər şeydən əvvəl region ölkələrinin təhlükəsizliyi təmin olunmalı və onlar öz qonşuları ilə sülh şəraitində yaşamalıdır.
R. Manesku vurğulayıb ki, davamlı əməkdaşlığın qurulması, regionun inkişaf edə bilməsi və konfliktin sülh yolu ilə həllinə nail olunması məqsədilə münaqişə iştirakçılarına hər cür zorakılığa və hərbi müdaxiləyə son qoymaq istiqamətində köməklik göstərməkdən ötrü təcili güclü öhdəçiliyə ehtiyac var.
“Avropa Parlamentinin üzvü və ALDA partiyasının vitse-prezidenti kimi, mən inanıram ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına və mülkiyyət hüququ və şəxsi təhlükəsizliyinə hörmətlə yanaşılmalıdır. Odur ki, hər şeydən əvvəl mən, həm Ermənistan, həm də Azərbaycan rəhbərliyindən gözləyirəm ki, onlar öz vətəndaşlarının əsas prioritetlərinin nə olduğunu başa düşərək, münaqişənin son qoyulmasına dair razılığa gəlsinlər və öz xalqlarının əmin-amanlığına və firavan yaşamalarına təminat versinlər. Avropa İttifaqı ATƏT-in Minsk Qrupu vasitəsilə beynəlxalq vasitəçilik cəhdlərini dəstəkləyir və münaqişənin davamlı və sülh yolu ilə həllində öz rolunu oynamağa hazır olduğunu bildirir. Şərq Tərəfdaşlığı çərçivəsində biz Cənubi Qafqaz ölkələri və Aİ arasında iqtisadi inteqrasiya və siyasi əməkdaşlıq prosesini daha da inkişaf etdirə bilərik”.
banner

Oxşar Xəbərlər