• cümə, 29 Mart, 12:38
  • Baku Bakı 14°C

Azərbaycanın ərazi bütövlüyü tezliklə tam təmin olunacaq - Rusiyalı partiya sədri

20.10.20 14:00 572
Azərbaycanın ərazi bütövlüyü tezliklə tam təmin olunacaq - Rusiyalı partiya sədri
Azərbaycanın ərazi bütövlüyü tezliklə tam təmin olunacaq.
Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın yaxın dostu, Rusiya Ümumxalqlar Partiyasının sədri, Beynəlxalq Slavyan Şurasının sədri, Beynəlxalq Slavyan Akademiyasının Prezidenti, 2-ci və 4-cü çağırış Rusiya Dövlət Dumasının sədr müavini, hüquq elmlər doktoru, professor Sergey
Nikolayeviç Baburin AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanova zəng edərkən deyib.
S.Baburin torpaqlarımızın mənfur düşmənlərdən ardıcıllıqla azad edilməsinə görə sevindiyini bildirib.
O, həmçinin bildirib ki, Moskva şəhərində erməni diasporu çox fəaldır və onlar ciddi antiazərbaycan təbliğatı aparırlar.

banner

Oxşar Xəbərlər