• cümə, 29 Mart, 17:11
  • Baku Bakı 14°C

“Azərbaycanın ərazi bütövlüyü təcili bərpa olunmalıdır”

29.04.14 16:47 1050
“Azərbaycanın ərazi bütövlüyü təcili bərpa olunmalıdır”
Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsul beynəlxalq təşkilatlara, xüsusilə ATƏT-in Minsk Qrupuna ironiyalı mesaj yollayıb.
APA-nın məlumatına görə, Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunları ilə bağlı mətbuat konfransında Vayra Vike-Frayberqa bildirib ki, bu təşkilatlar bu münaqişənin həllində məsuliyyət daşıyırlar və hamı bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub.
O qeyd edib ki, beynəlxalq hüququn qorunması və ərazi bütövlüyü prinsiplərinin tələbinə görə Azərbaycanın ərazi bütövlüyü təcili bərpa olunmalıdır: “Bununla bağlı BMT-nin faktiki qətnamələri var və ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi məsələ ilə yaxından məşğul olur. Ona görə də açıq deyirəm: istədikləri formatdan, istər ikilik, istər üçlük, istər dördlük, ümumiyyətlə, istədikləri musiqili ansambldan istifadə etsinlər, amma bu münaqişə həll olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, bizim dövlətin də mövqeyidir. Mən prezident olanda da bu mövqedə olmuşam və təəssüf ki, hələ də bu problem davam edir”.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə bildirilib ki, bu forumda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə daha çox yer verildi və təkliflər, tələblər səsləndirildi: “Nəzərə alaq ki, bu Forumda söylənən fikirlər bəyanatlara bərabərdir və bəyanatlar qədər əhəmiyyət daşıyır”.
banner

Oxşar Xəbərlər