• cümə, 26 Aprel, 19:20
  • Baku Bakı 22°C

Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi Ermənistanın vəziyyətini gərginləşdirib

30.10.19 10:56 589
Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi Ermənistanın vəziyyətini gərginləşdirib
Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Yekun Sənədinə Ermənistan Xarici İşlər Nazirliyinin aqressiv və bütün diplomatik normalardan kənara çıxan reaksiyası rəsmi Yerevanın baş verənlərdən nə qədər sarsıldığını, ciddi narahatlıq keçirdiyini, çıxılmaz duruma düşdüyünü nümayiş etdirir. Şübhəsiz ki, bu narahatlığın ciddi əsasları var. Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləməsi, ilk növbədə, Ermənistan ətrafında beynəlxalq təcrid çəmbərinin daha da daralması, işğalçı ölkənin Helsinki Yekun Aktının prinsipləri arasında manipulyasiya etmək imkanlarının xeyli məhdudlaşması kimi qəbul olunmalıdır.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Ekspert qeyd edib ki, baş verənlərin Ermənistanın daxili siyasətinə təsir imkanları da böyükdür. Çünki Ermənistanın işğalçılıq siyasəti nəinki bu ölkənin təmsil olunmadığı İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq əməkdaşlıq platformaları, hətta Ermənistanın üzv olduğu, yaxud müşahidəçi statusu ilə iştirak etdiyi hərəkat və təşkilatlarda kəskin şəkildə pislənilir və rəsmi Yerevan bunun qarşılığında heç bir addım ata bilmir. Ermənistanın üzv olduğu hərbi-siyasi alyansda – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Qazaxıstan və Belarus tərəfindən küncə sıxışdırılması, baş nazir Nikol Paşinyanın MDB dövlət başçılarının son Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında aciz duruma düşməsi və heç bir dəstək görməməsi və son olaraq Ermənistanın müşahidəçi statusu ilə təmsil olunduğu Qoşulmama Hərəkatından aldığı zərbə rəsmi Yerevanın nə qədər aciz duruma düşdüyünü göstərir.
Ekspert qeyd edib ki, Ermənistanın Qoşulmama Hərəkatına üzv dövlətlərin ünvanına səsləndirdiyi ittihamlarda nəzərəçarpan qəzəb, qeyri-etik və qeyri-diplomatik ifadələr də bu aciz durumdan qaynaqlanır. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında yer alan qəzəbli mülahizələr isə işğalçı ölkənin aldığı ardıcıl zərbələrə uğursuz cavab cəhdindən başqa bir şey deyil. Məsələn, bəyanatda qeyd olunur ki, Azərbaycan erməniləri qətlə yetirən cinayətkarları qəhrəmanlaşdırır. Maraqlıdır, görəsən Azərbaycan torpaqlarını işğal edən, günahsız körpələri, qadınları, qocaları qətlə yetirən hərbi cinayətkarlara qarşı işğala məruz qalan ölkənin əsgər və zabitləri nə etməlidirlər? Şübhəsiz ki, bu absurd iddianın əsasında başqa amil – Azərbaycan Prezidentinin Ermənistanda faşist Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi və konkret faktlara söykənən fikirlərə cavab cəhdi dayanır. Bu, onu göstərir ki, rəsmi Yerevan Qaregin Njde ilə bağlı aldığı zərbədən hələ də ayılmayıb. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Yekun Sənədi isə işğalçı ölkənin onsuz da acınacaqlı olan durumunu daha da gərginləşdirib.
banner

Oxşar Xəbərlər