• çərşənbə, 24 Aprel, 11:57
  • Baku Bakı 13°C

Azərbaycanın dövlət strukturlarına haker hücumları edilib

12.10.18 20:19 377
Azərbaycanın dövlət strukturlarına haker hücumları edilib
"MuddyWater” haker qruplaşması Azərbaycanın dövlət qurumlarına məqsədyönlü hücumlar edib.
Trend-in məlumatına görə, bu barədə "Kasperski Laboratoriyası”nın məqsədyönlü hücumlar haqqında icmalında deyilir.
İcmalda Azərbaycan Daxili İşlər Nazirliyinə hücum üçün yaradılmış fişinq sənədinin nümunəsi göstərilib.
"MuddyWater” haker qruplaşması 2017-ci ildə meydana çıxıb və əvvəlcə Səudiyyə Ərəbistanı ilə İranın hökumət obyektlərini hədəf alıb. Daha sonra onlara Azərbaycan, Türkiyə, Pakistan, İordaniya, Yaxın Şərq, Avropa ölkələri və ABŞ-ın dövlət strukturlarına yönəlib.
Hakerlərin hücumu 2018-ci ilin mayından daha aktivləşib, hücumlar indi də davam edir.
banner

Oxşar Xəbərlər