• cümə, 29 Mart, 11:19
  • Baku Bakı 5°C

Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb

08.08.19 11:30 7273
Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb
Dövlət Sərhəd Xidməti (DSX) tərə­­findən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.
DSX-dən Trend-ə verilən məlumata görə, avqust 7-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılıb.
Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

banner

Oxşar Xəbərlər