• cümə, 29 Mart, 11:19
  • Baku Bakı 5°C

Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 7%-ə yaxın artıb

21.10.21 12:36 199
Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 7%-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) ümumi xərclərinin 43,2 %-ni təşkil etməklə 7 655,2 milyon manat məbləğində icra olunub.
"Report"bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 483,5 milyon manat və yaxud 6,7% çoxdur.
9 ay ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanlarının qəbul etdiyi öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
banner

Oxşar Xəbərlər