• cümə axşamı, 28 mart, 15:08
  • Baku Bakı 16°C

Azərbaycanın dünya irsinin qorunması sahəsindəki təcrübəsi digər ölkələrə nümunədir

30.06.19 18:19 798
Azərbaycanın dünya irsinin qorunması sahəsindəki təcrübəsi digər ölkələrə nümunədir
Azərbaycanın dünya irsinin qorunması sahəsindəki təcrübəsi digər ölkələrə nümunədir. Bakıda işə başlayan UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etməkdən qürur duyuram. Bu dəvətə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Tədbir çox yüksək səviyyədə təşkil olunub. Bu sessiya dünya irsi abidələrinin qorunmasına böyük töhfə verəcək.
Bu sözləri iyunun 30-daAZƏRTAC-a müsahibəsində Uqandanın UNESKO-dakı missiyasının rəhbər müavini Conni Muthahi Muhindo deyib.
Qonaq bildirib ki, zəngin tarixi və mədəni irsi olan Azərbaycan bir çox qədim abidələrini UNESKO-nun irs siyahısına təqdim edib. Bu da ondan xəbər verir ki, burada milli irsə və tarixi keçmişə dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı var. Uqanda olaraq biz də Azərbaycanın bu sahədə gördüyü işlərdən bəhrələnmək niyyətindəyik. Uqanda da UNESKO-nun Ümumdünya İrs Komitəsinin növbəti sessiyalarından birini keçirməyi düşünür. Azərbaycan bu baxımdan gözəl nümunədir.

banner

Oxşar Xəbərlər