• şənbə, 20 Aprel, 15:44
  • Baku Bakı 23°C

Azərbaycanın dəmir yolu sektorunun inkişafı üçün böyük potensialı var

08.03.18 11:30 617
Azərbaycanın dəmir yolu sektorunun inkişafı üçün böyük potensialı var
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda dəmir yolu sektorunun inkişafı üçün böyük potensial görür.
Bunu Trend və "Azernews"a müsahibəsində AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov deyib.
N.Mannapbekov bildirib ki, Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqələrində, karbohidrogen hasilatının aparıldığı və kənd təsərrüfatının inkişaf etdiyi rayonlarda dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi dəmir yolu sektorunun rəqabətqabiliyyətliliyini artırmağa imkan verəcək: "Bu, öz növbəsində, istehsalın, ticarətin inkişafına və kənd təsərrüfatı məhsullarının və digər malların tədarükünə xidmət edəcək”.
AİB nümayəndəliyinin rəhbəri, həmçinin Azərbaycan və regionun digər ölkələri tərəfindən reallaşdırılan "Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib:"AİB "Şimal-Cənub” dəmir yolu dəhlizi layihəsini perspektivli hesab edir. Bu layihənin səmərəsi Azərbaycanın şimal sərhədindəki Yalamadan cənub sərhədindəki Astarayadək olan hissənin və Rəşt-Astara (İran) hissəsinin modernləşdirilməsinin başa çatmasından sonra daha aydın görünəcək. Biz inanırıq ki, "Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizləri "Azərbaycan Dəmir Yolları”na öz coğrafi mövqeyindən daha səmərəli istifadə etməyə və daha təhlükəsiz, ucuz, enerji baxımından səmərəli və operativ sərnişin və yük daşımaları xidməti təklif etməyə imkan yaradacaq”.
banner

Oxşar Xəbərlər