• çərşənbə, 24 Aprel, 23:36
  • Baku Bakı 23°C

Azərbaycanın daha bir yük gəmisi Azov, Qara və Aralıq dənizlərində istismar olunacaq

11.10.18 16:31 759
Azərbaycanın daha bir yük gəmisi Azov, Qara və Aralıq dənizlərində istismar olunacaq
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin daha bir quru yük gəmisi – "Mahmud Rəhimov” Azov, Qara və Aralıq dənizlərində istismar olunacaq.
QSC-dən Trend-ə verilən məlumata görə, artıq gəmi Türkmənistandan yük götürərək Bolqarıstana doğru istiqamət alıb. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçən gəmi bu gün Rostov limanına çatacaq. Burada müvafiq sənədləşmə işləri aparıldıqdan sonra Bolqarıstanın ən iri limanı olan "Burgas”a gedəcək.
Universal quru yük gəmisinin istismarına nəzarəti QSC-nin beynəlxalq sularda üzən digər gəmiləri kimi Gəmiçiliyin Bakıdakı baş ofisi, texniki xidməti isə QSC-nin Türkiyə nümayəndəliyi həyata keçirəcək.
"Mahmud Rəhimov” gəmisinin daimi heyəti 16 nəfərdən ibarətdir. Dedveyti 4485 ton, yükgötürmə qabiliyyəti 4100 ton, sürəti 11 uzel, uzunluğu 117,5, eni 16,5 metr olan gəmi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək.
Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə "Üzeyir Hacıbəyli” və "Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. "Mahmud Rəhimov” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 14-ə çatıb. Onlardan 12-si quru yük, ikisi tankerdir.
banner

Oxşar Xəbərlər