AZE | RUS | ENG |

Azərbaycanın çay idxalı ixracını 9 dəfəyə yaxın üstələyib

Azərbaycanın çay idxalı ixracını 9 dəfəyə yaxın üstələyib
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,444 mln. ABŞ dolları dəyərində 229 ton çay ixrac edib. 
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 197 min dollar (15,8%), həcm baxımından isə 36 ton (18,85%) çoxdur. 
Bununla yanaşı, 2 ay ərzində Azərbaycan 7,254 mln. dollar dəyərində 1 963 ton çay idxal edib. Bu isə illik müqayisədə məbləğ baxımından 2,218mln. dollar (23,4%), həcm baxımından isə 472 ton (19,6%) azdır. 
Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,05%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,3%təşkil edib. İdxal ixracı 8,6 dəfə üstələyib. 
Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,152 mlrd. dolları ixracın, 2,166 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917