• şənbə, 27 Aprel, 02:16
  • Baku Bakı 14°C

Azərbaycanın bütün məscidlərində mühafizə sistemi qurulur

17.12.14 13:07 993
Azərbaycanın bütün məscidlərində mühafizə sistemi qurulur
Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə mühafizə sisteminin qurulması ilə bağlı iş aparılır.
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Azərbaycanda bəzi məscidlərin xüsusi mühafizə sisteminin olduğunu deyən M. Qurbanlı amma bunun bütün məscidlərdə olmadığını açıqlayıb: “Ona görə də hesab edirik ki, məscidlərdə mühafizə sisteminin qurulması zəruridir. Biz bu istiqamətdə işlər görürük”.
banner

Oxşar Xəbərlər