• cümə, 19 Aprel, 20:25
  • Baku Bakı 24°C

Azərbaycanın bütün avtomobil yollarında vəziyyət normallaşıb

13.12.13 09:17 1324
Azərbaycanın bütün avtomobil yollarında vəziyyət normallaşıb
Bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
K. Əliyev, həmçinin bildirib ki, ötən gün respublika ərazində 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 8 nəfər yaralanıb.
Baş verən yol qəzalarının 3-ü paytaxtda qeydə alınıb. Paytaxt ərazisində olan qəzaların hamısı piyada vurma ilə nəticələnib. Baş verən qəzalarda iki piyada ölüb, biri yaralanıb. Şöbə rəisi piyadalara yolu keçərkən müəyyən olunmuş yerlərdən, yeraltı piyada keçidlərindən keçməyi tövsiyə edib.
banner

Oxşar Xəbərlər