AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu

Siyasət
27 Fevral 2020, 11:25 547
Keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fondun dəstəyi ilə həyata keçirilir.

Trend-in məlumatına görə, D.Bəhmənovanın anası Elmira Zeynalova bildirib ki, təxminən bir həftə əvvəl Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ona zəng edərək qızının səhhəti ilə maraqlanıb: "Anar müəllim dedi ki, Mehriban xanım qızım Dilarənin başına gələn hadisə barədə məlumatlıdır və onun müalicəsi üçün lazım olan bütün tədbirlərin görülməsini tapşırıb. Ondan sonra hər gün bir neçə yüksək ixtisaslı həkimlər Dilarənin müalicə aldığı xəstəxanaya gəlib baş çəkirlər. Həkimlər onu müayinə edib, müalicənin növbəti addımlarını qərarlaşdırırlar. Dilarə ilk olaraq "Semaşko”da əməliyyat edilmişdi, amma həkimlər yenidən əməliyyat olunmasını tövsiyə etdi. Bütün bunlara görə Mehriban xanıma təşəkkür edirəm. O da anadır, onun da iki qızı var, məni başa düşüb. Biz onlara çox minnətdarıq. Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz uzərinə götürüb və bu, bizim ailə üçün böyük dəstəkdir”.