• çərşənbə axşamı, 23 aprel, 20:47
  • Baku Bakı 20°C

Azərbaycanın bir qrup KİV nümayəndəsi Mariya Zaxarovaya müraciət ünvanlayıb

05.06.18 18:16 611
Azərbaycanın bir qrup KİV nümayəndəsi Mariya Zaxarovaya müraciət ünvanlayıb
Azərbaycanın bir qrup KİV nümayəndəsi RusiyaXarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovaya müraciət ünvanlayıb.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, iyunun 1-də Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojinin keçirdiyi mətbuat konfransında "Trend” informasiya agentliyinin xüsusi müxbiri Artyom Sokolov Ermənistanın baş naziri Nikol PaşinyanınDağlıq Qarabağmünaqişəsinə dair danışıqlarda separatçı rejimin nümayəndələrinin də iştirakının vacibliyinə dair fikri haqqında sual ünvanlayıb.

A. Kojin isə suala cavabında deyib ki, ümumiyyətlə,Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasına dairATƏTtərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlar yəqin ki, konstruktiv deyil: "Lakin çox təəccüblüdür ki, brifinqin nazirliyin saytında yerləşdirilmiş mətnində belə qeyd olunub: "SizinDağlıq Qarabağmünaqişəsinin nizamlanmasına dairATƏTtərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlarınız yəqin ki, konstruktiv deyil”. Burada "ümumiyyətlə” (voobhe) sözü "sizin” (vaşi) sözü ilə əvəzlənib. Belə olan halda sanki cavab Ermənistan baş nazirinin bəyanatı deyil vəjurnalistə ünvanlanıb. Biz tam əsaslı şəkildə hesab edirik ki, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin aktuallığı və Rusiyanın bu məsələyə dair mövqeyi, həmçinin Ermənistanla diplomatik skandalın mümkünlüyü Rusiya XİN-i belə kobud saxtalaşdırmaya məcbur edib. Bununla yanaşı, Rusiyanın xaric siyasət idarəsi nəinki rusiyalı diplomatın danışıqlar prosesinin əsl mahiyyətinə uyğun olanprofessional cavabını təhrif edib, həm də bütün məsuliyyəti tamamilə nəzakətli və yerində sual verən jurnalistin üstünə atmağa çalışıb”.

Bəyanatda deyilir ki, bu hadisə təəccüb doğurur və Minsk qrupunun həmsədrölkələrinin rəsmi mövqeyinin təhrif olunmasına dair yolverilməz nümunədir: "Eyni zamanda, Ermənistanın yeni hökuməti tamamilə əsassız və qeyri-konstruktiv bəyanatlar səsləndirir. Ermənistan tərəfinin tanınmamış separatçı rejimin danışıqlar prosesində iştirakına dair bəyanatı danışıqlar prosesininBMTvəATƏTkimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində hazırlanmış bütün 20 illik konsepsiyasına ziddir”.

Bəyanatda göstərilir ki, Azərbaycan jurnalistikası Rusiya-Azərbaycan dostluğunu yüksək qiymətləndirir və öz imkanları daxilində iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin dərinləşməsi və qorunması üçün əlindən gələni edir: "Biz hesab edirik ki, xalqlarımız arasında mehriban qonşuluq əlaqələri bütün regionun çiçəklənməsinə, Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin möhkəmlənməsinə xidmət edir. Təbii ki, bütün bunlarda Rusiya və Azərbaycan diplomatlarının böyük xidmətləri var. Buna görə də, biz anlaya bilmirik ki, əsrlər boyu ənənələrə malik, diplomatiya tarixində çoxsaylı müsbət nümunələr qoymuş, bu qədər hörmətli və ciddi dövlət orqanı olan Rusiya XİN beləqarşıdurmaya yol aça bilər. Biz hesab edirik ki, bu hadisə Rusiya XİN-ə hörmət gətirmir. Buna görə də hesab edirik ki, Rusiya xarici siyasət idarəsi sözügedən saxtakarlığı aradan qaldırmalı və həqiqəti bərpa etməlidir”.

Müraciəti Əflatun Amaşov ("Mətbuat Şurası”nın sədri, Aslan Aslanov(AZƏRTAC),Bəxtiyar Sadıqov("Azərbaycan” qəzeti), Həsən Həsənov("Xalq” qəzeti), R.Hacıyev ("Bakinskiy raboçiy” qəzeti), Hikmət Məmmədov ("Yeni Azərbaycan” qəzeti), Bəhruz Quliyev ("Səs” qəzeti), Vüqar Rəhimzadə ("İki Sahil” qəzeti), İ.Hüseynov ("Kaspiy” qəzeti), İlham Quliyev ("Kaspi” qəzeti), A.Vəliyev ("Şərq” qəzeti), Yunus Oğuz ("Olaylar” qəzeti), Rəşad Məcid ("535-ci qəzet”), N.Əliyev ("Palitra” qəzeti”, C. Mikayılova ("Azərinyus” qəzeti), Elçin Mirzəbəyli ("Xalq cəbhəsi” qəzeti),Aqil Abbas("Ədalət” qəzeti), Aydın Quliyev ("Bakı xəbər” qəzeti), Rauf Abbasov ("Yeni Müsavat” qəzeti), Bahəddin Həziyev ("Bizim yol” qəzeti), İlqar Hüseynov ("Trend” İnformasiya Agentliyi), Vüsalə Abışova ("APA” İnformasiya Agentliyi), Niyaz Niftiyev ("Azadinform” İnformasiya Agentliyi), Murad Əliyev ("Report” İnformasiya Agentliyi), Eynulla Fətullayev ("Haqqın” xəbər ortalı), Elbrus Seyfullayev ("Qafqazinfo” xəbər portalı) imzalayıblar.
banner

Oxşar Xəbərlər