Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək

Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək

Təfsilat
25 May 2019, 16:45 168
Yaxın üç gün ərzində Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 26, 27 və 28-də respublikanın rayonlarında hava şəraitinin dəyişkən olacağı gözlənilir.
Mayın 29-dək əsasən gecə və axşam saatlarında şımşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.
Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək.