AZE | RUS | ENG |

Azərbaycanın beynəlxalq təşkilatların qərarlarını icra etməsinə dair sənəd yenidən müzakirəyə çıxarılır

Azərbaycanın beynəlxalq təşkilatların qərarlarını icra etməsinə dair sənəd yenidən müzakirəyə çıxarılır
İki ildir, müzakirəsi təxirə düşən dövlətarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkün olub-olmamasına qərar vermə ilə bağlı hüququ nəzərdə tutan qanun layihəsi bu ilin yaz sessiyasında Mİlli Məclisdə (MM) müzakirəyə çıxarılacaq.
 
APA-nın məlumatına görə, "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi MM-in 2018-ci il yaz sessiyasında işlər planına daxil edilir.
 
Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarını icra etməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.
 
Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə BMT, ATƏT, Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və digər beynəlxalq qurumların üzvüdür.
 
Qeyd edək ki, qanun layihəsi ilk dəfə 17 mart 2016-cı ildə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılaraq bəyənilsə də,  qərar olaraq bildirilib ki, qanunvericilik prinsiplərinə əsasən qanun layihəsi 63 deputatın razılığı olandan sonra MM-in plenar iclasına tövsiyə edilə bilər.
 
Qanun layihəsinin müzakirəsi o vaxtdan təxirə düşüb. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000