• cümə axşamı, 18 aprel, 08:08
  • Baku Bakı 12°C

Azərbaycanın Avronest PA-da fəaliyyətini dayandırması bu qurumda müzakirə olunacaq

24.10.13 14:19 1216
Azərbaycanın Avronest PA-da fəaliyyətini dayandırması bu qurumda müzakirə olunacaq
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması ilə bağlı məsələ Avronest Bürosunun noyabrın 1-2-də Kiyevdə keçiriləcək iclasında müzakirə olunacaq.
Bu barədə APA-ya Avropa Parlamentinin mətbuat xidmətindən məlumat verilib.
AP mətbuat xidmətindən bildiriblər ki, Avronest PA-nın vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun Avronest PA-nın həmprezidentləri Yevgeni Kirilov və Boris Tarasyuka ünvanlanmış məktubu alınıb və Avronestin buna rəsmi cavab verə bilməsi üçün birgə müzakirə zəruridir. Büronun yığıncağında bu məsələ müzakirə olunacaq.
Xatırladaq ki, E. Süleymanov məktubunda Avropa Parlamentinin Azərbaycanda keçirilmiş prezident seçkilərini tənqid etməsindən narazılığını bildirib: “Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli Qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülənə qədər bu qurumun yaratdığı Avronest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır”.
banner

Oxşar Xəbərlər