• cümə, 19 Aprel, 10:34
  • Baku Bakı 13°C

Azərbaycanın ATƏT PA ilə münasibətləri müzakirə edilib

23.02.19 19:20 528
Azərbaycanın ATƏT PA ilə münasibətləri müzakirə edilib
ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasında iştirak etmək məqsədilə fevralın 19-dan 23-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova səfər çərçivəsində ikitərəfli görüşlər keçirib.
AZƏRTACxəbər verir ki, ATƏT PA-nın prezidenti Georgi Tsereteli ilə görüşdə Azərbaycan-ATƏT PA münasibətləri, qış sessiyasının gündəliyində duran məsələlər, o cümlədən həlli uzadılan münaqişələr, seçkilərə müşahidə missiyalarının müşahidəçiləri üçün təlimat müzakirə olunub, digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədri, İsveçrə parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Filippo Lombardi ilə görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, Assambleya çərçivəsində əməkdaşlıq məsələləri ətrafında məsləhətləşmələr keçirilib. Görüş zamanı, həmçinin qarşılıqlı əhəmiyyət kəsb edən bir sıra məsələlərə toxunulub.
banner

Oxşar Xəbərlər