• şənbə, 20 Aprel, 18:18
  • Baku Bakı 24°C

Azərbaycanın Almaniya ilə əməkdaşlığı çərçivəsində 14 Tvinninq layihəsi yekunlaşıb

27.09.19 13:15 540
Azərbaycanın Almaniya ilə əməkdaşlığı çərçivəsində 14 Tvinninq layihəsi yekunlaşıb
Azərbaycanın Almaniya ilə əməkdaşlığı çərçivəsində 14 Tvinninq layihəsi yekunlaşıb, 1 layihə isə davam edir.
AZƏRTACxəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 27-də Bakıda keçirilən Almaniya-Azərbaycan biznes forumunda deyib.
"Ölkələrimiz arasında maliyyə və texniki sahədə də əməkdaşlıq uğurla davam edir. Texniki əməkdaşlıq çərçivəsində 4-ü yerli, 5-i regional olmaqla 9 layihənin icrası davam etdir. Bu layihələr üzrə Azərbaycana ayrılan vəsaitin dəyəri 30 milyon avrodur”, - deyə N.Səfərov bildirib.
banner

Oxşar Xəbərlər