• cümə axşamı, 28 mart, 22:14
  • Baku Bakı 13°C

Azərbaycanın 9 şəhərində buraxılış imtahanları keçirilir

25.06.13 07:30 1546
Azərbaycanın 9 şəhərində buraxılış imtahanları keçirilir
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu imtahanda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcədə eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər iştirak edə bilərlər.
İmtahanlarda ümumilikdə ( 9 və 11-ci siniflər üzrə) 1050 (Bakıda 251, Naxçıvanda 14, Gəncədə 136, Şəkidə 111, Ağcabədidə 37, Göyçayda 103, Şirvanda 134, Lənkəranda 143, Qubada 121) şagirdin iştirakı gözlənilir. İmtahanların keçirilməsi üçün ümumilikdə 9 imtahan mərkəzi ayrılıb. İmtahan prosesini idarə etmək üçün 12 imtahan rəhbəri, 98 nəfər isə zal nəzarətçisi cəlb olunub.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə açıqlanır.
banner

Oxşar Xəbərlər