• cümə, 29 Mart, 00:21
  • Baku Bakı 7°C

Azərbaycanın 225 vətəndaşı 2017-2018-ci tədris ilində xaricdə təhsil almaq hüququ qazanıb

12.06.18 12:26 561
Azərbaycanın 225 vətəndaşı 2017-2018-ci tədris ilində xaricdə təhsil almaq hüququ qazanıb
2017-2018-ci tədris ilində 225 Azərbaycan vətəndaşı hökümətlərarası müqavilələr çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb.
APA-nın məlumatına görə,Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında bildirilir ki, 2017-2018-ci tədris ilində hökumətlərarası müqavilələr çərçivəsində 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər isə Rumıniyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb.
2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədi iləTəhsil Nazirliyitərəfindən seçimlər aparılıb, 250-ə yaxın Azərbaycan Respublikası vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib.
banner

Oxşar Xəbərlər