• cümə axşamı, 25 aprel, 09:17
  • Baku Bakı 14°C

Azərbaycanın 10 rayonunda pambıq tədarükü məntəqələri tikiləcək

29.07.17 16:22 1507
Azərbaycanın 10 rayonunda pambıq tədarükü məntəqələri tikiləcək
Kənd Təsərrüfatı Nazirliyiyanında "Aqrolizinq” ASC Ağcabədi, Ağsu, Biləsuvar, Füzuli, Kürdəmir, Sabirabad, Neftçala, İmişli, Salyan və Yevlax rayonlarında pambıq tədarükü məntəqələrinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üzrə iş və xidmətlərin satın alınması üçün açıq tender elan edib.
"Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 7-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 15-nə qədər "Aqrolizinq”in Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Ruslan Hüseynovdur. Telefon: (012) 452 66 94, (051) 255 92 42, E-poçt:[email protected]
Təkliflərə sentyabrın 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
banner

Oxşar Xəbərlər