• cümə axşamı, 25 aprel, 05:20
  • Baku Bakı 19°C

Azərbaycanı dini səpkidə ittiham etmək tamamilə yersizdir - “The Washington Times”

03.09.15 14:52 802
Azərbaycanı dini səpkidə ittiham etmək tamamilə yersizdir - “The Washington Times”
“Azərbaycanın dini səpkidə ittiham etmək tamamilə yersizdir və tarix göstərir ki, bu, əks təsirə bərabərdir”.

APA-nın məlumatına görə, bu barədə amerikalı jurnalist Maayan Jaffe “The Washington Times” qəzetindəki yazısında bildirib. O, dini tolerantlığın təmin olunması səviyyəsinə görə yüksək qiymətləndirilən Azərbaycan Respublikasının Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının tənqid hədəfinə çevrildiyini deyib. Müəllif qeyd edib ki, komissiya mandatına zidd şəkildə din və dini azadlıqla heç bir əlaqəsi olmayan siyasi məsələlərlə bağlı bəyanatlar verir.
Yazıda qeyd olunur ki, Azərbaycanın dini azadlıqların məhdudlaşdırıldığı ölkələr sırasında ikinci pillədə göstərilməsi məntiq və uzaqgörənliyə sığmır: “Azərbaycan kommunist və ateist Kuba, Əfqanıstan kimi qeyri-stabil dövlətlər qrupu ilə eyni sıraya qoyulub. Halbuki Azərbaycanda bu sahədə tətbiq edilən məhdudiyyətlər demokratiyanın, eləcə də Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin olunmasına yönəlib. Azərbaycanda qadınların hüquqları təmin edilib və yəhudilər də daxil olmaqla, azlıqlar təhlükəsiz və azad yaşayırlar. Bu isə hökumətin bu istiqamətdə səyləri ilə bağlıdır”.
banner

Oxşar Xəbərlər