AZE | RUS | ENG |

Azərbaycandan Uruqvaya etiraz notası

Azərbaycandan Uruqvaya etiraz notası
Azərbaycan Uruqvay parlamentinin üzvünün bu yaxınlarda dediyi fikirlərlə və onun Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməsi ilə əlaqədar bu ölkəyə etiraz notası göndərib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev brifinqdə deyib.

"Uruqvaydan olan bəzi deputatların səfərləri gərginliyi artırmaqdan başqa heç nəyi dəyişdirmir. Bunların arxasında erməni qüvvələri dayanır və onlar danışıqlar prosesinə ziyan vururlar. Ermənistanda anlayırlar ki, Azərbaycan öz ərazilərini geri qaytarmağa qadirdir, lakin hazırkı mərhələdə münaqişənin dinc yolla həllinə sadiqdir. Azərbaycan öz torpaqlarını qaytarmaq iqtidarındadır", - Abdullayev bildirib.

Onun sözlərinə görə, təəssüf ki, bəzi xarici deputatlar bir növ Ermənistan tərəfinin alətinə çevriliblər və bununla da sülh prosesinə zərbə vururlar.

"Uruqvayda anlamalıdırlar ki, belə addımlar kövrək sülh prosesi üçün təhlükəlidir. Hamı anlamalıdır ki, Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək", - o deyib.

Abdullayevin sözlərinə görə, Azərbaycanın habelə Uruqvayda akreditə olunmuş Argentinadakı səfirliyinə etiraz notasını Uruqvay XİN-ə təqdim etmək tapşırılıb.

XİN rəsmisi bildirib ki, Uruqvaydan olan deputatların işğal olunmuş ərazilərə qanunsuz səfər etmələri onların qaçqınların və məcburi köçkünlərin hüquqlarına hörmətlə yanaşmadıqları deməkdir.

"Uruqvay separatçı "Dağlıq Qarabağın müstəqilliyini" tanıyacaq ilk ölkələrdən biri ola bilər", - bunu çərşənbə axşamı Xankəndidə Ermənistan-Uruqvay parlamentlərarası dostluq qrupunun üzvü, Uruqvay parlamentinin Xarici əlaqələr komissiyasının üzvü Ruben Martinos Uelmo bildirib. Bu barədə ARKA xəbər verir.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946