• cümə, 19 Aprel, 04:25
  • Baku Bakı 18°C

Azərbaycandan Türkiyəyə turist axını artıb

03.02.20 10:51 2885
Azərbaycandan Türkiyəyə turist axını artıb
2019-cu ildə Azərbaycandan Türkiyəyə 901 723 turist səfər edib ki, bu da 2018-ci illə müqayisədə 5,03 faiz çoxdur.
Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Məlumata əsasən, bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2 faiz təşkil edib.
Qeyd edilib ki, 2019-cu ilin dekabr ayında Azərbaycandan Türkiyəyə 59 666 turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,15 faiz çoxdur.
2019-cu ilin dekabrında Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2,78 faiz təşkil edib.
Hesabat dövründə Türkiyəyə 2,148 milyon turist səfər edib ki, bu da 2018-ci ilin dekabrı ilə müqayisədə 10,11 faiz çoxdur.
2019-cu il ərzində Türkiyəyə səfər edən turistlərin sayı 45,058 nəfər təşkil edib. Bu, 2018-ci illə müqayisədə 14,11 faiz çoxdur.
banner

Oxşar Xəbərlər