• cümə, 29 Mart, 00:09
  • Baku Bakı 7°C

Azərbaycandan qanunsuz yolla İrana keçmək istəyən Şri-Lanka vətəndaşları tutulub

10.03.18 10:45 647
Azərbaycandan qanunsuz yolla İrana keçmək istəyən Şri-Lanka vətəndaşları tutulub
Dörd əcnəbi və bir nəfər Azərbaycan vətəndaşı tərəfindən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindənAPA-ya verilən məlumata görə, 8 mart tarixində Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran İslam Respublikası istiqa­mətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Şri-Lanka vətəndaşı - 1988-ci il təvəllüdlü Sinnaiyappilai Dadees, 1982-ci il təvəllüdlü Sinnaiyappilai Jagatheesan, 1995-ci il təvəllüdlü Jeevathasan Ashuimi sərhəd pozucusu qismində saxlanılıb.

Həmin tarixdə Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstandan Azərbaycan isti­qamətində dövlət sərhədini pozmuş 1999-cu il təvəllüdlü Buka­vadze Sara Röv­şən qızı sərhəd pozucusu qismində tutulub.

9 mart tarixində Naxçıvan əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Azərbaycandan İran İslam Respubli­kası istiqa­mətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 Özbəkistan vətəndaşı – 1989-cu il təvəllüdlü Yerjaşeva Mav­hudxov Qafurovna sərhəd pozucusu qismində saxlanıl­ıb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər