• cümə, 26 Aprel, 13:31
  • Baku Bakı 23°C

Azərbaycandan Nobel Mükafatına namizədlər olacaq

18.11.13 10:48 1524
Azərbaycandan Nobel Mükafatına namizədlər olacaq
Norveç Nobel Komitəsi 2014-cü il üçün Nobel Mükafatına Azərbaycandan müvafiq sahələr üzrə namizədlərin seçilməsini təklif edib.
Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, bu məqsədlə AMEA-nın elmi bölmələrinin akademik-katiblərinə təkliflərin hazırlanması həvalə olunub. Namizədlər 1 fevral 2014-cü il tarixinədək Norveç Nobel Komitəsinə təqdim olunmalıdır.
Qeyd edək ki, bu mükafat ənənəvi olaraq dünyada sülh və əmin-amanlıq uğrunda mübarizə aparmış şəxslərə və ya təşkilatlara təqdim edilir. Mükafata parlament və hökumət, həmçinin beynəlxalq məhkəmə üzvləri, universitet rəhbərləri, sosial elmlər, tarix, fəlsəfə, hüquq və teologiya üzrə professorlar, tədqiqat institutları və digərləri təklif irəli sürmək hüququna malikdirlər. Nobel Mükafatına həmçinin institut və assosiasiyalar da layiq görülə bilər.
banner

Oxşar Xəbərlər