• cümə, 29 Mart, 16:06
  • Baku Bakı 14°C

Azərbaycandan NATO PA-ya Ermənistanla bağlı Çağırış

10.04.15 08:48 942
Azərbaycandan NATO PA-ya Ermənistanla bağlı Çağırış
"Azərbaycan NATO Parlament Assambleyasının (PA) iyunda Ermənistanda keçirilməsi nəzərdə tutulan “Rouz-Rout” seminarında iştirakdan imtina edir. Bununla bağlı Milli Məclis adından NATO PA-ya rəsmi məktub göndəriləcək".
Bunu APA-ya açıqlamasında Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Siyavuş Novruzov deyib. Müraciətin bu yaxınlarda həm NATO PA-nın Belqrad seminarında, həm də Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov adından edildiyini xatırladan S. Novruzov qeyd edib ki, məktubda İrəvanda beynəlxalq tədbirin keçirilməsindən imtinaya dair çağırış yer alıb. O qeyd edib ki, Azərbaycan bu tədbirdə iştirak etməyəcək: “Hesab edirik ki, işğalçı dövlətdə belə bir tədbirin keçirilməsi heç bir halda düzgün addım deyil”.
banner

Oxşar Xəbərlər