• cümə axşamı, 18 aprel, 09:41
  • Baku Bakı 12°C

Azərbaycandan İspaniyaya qaz kəməri

28.04.14 11:17 1184
Azərbaycandan İspaniyaya qaz kəməri
Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının nümayəndəsi deyib. Xəzər dənizi qazının nəqli ilə bağlı İspaniya ilə Fransa arasındakı qaz kəmərinin tikintisi proqramı 2014-2020-ci illərdə nəzərdə tutulur. Bunun üçün 5,8 milyard avroluq xüsusi fonda yaradılıb. Bu, Azərbaycan qazının Avropaya nəqlinin həcmini artırmağa imkan verəcək, eləcə də gələcəkdə Türkmənistan və İrandan ixracının başlanğıcı olacaq.
Azərbaycanın “Şahdəniz” (1,2 trilyon kubmetr ehtiyat var) qazının Gürcüstandan, Türkiyədən ((burada TANAP başa çatır və TAP başlayır), Yunanıstan, Albaniyadan keçməklə nəqlini nəzərdə tutan TANAP-TAP qaz kəməri sisteminin tikintisi 2019-cu ildə başa çatacaq. Bu kəmərlərlə 6 milyard kubmetr qaz Türkiyəyə və 10 milyard kubmetr Avropaya daşınacaq.
Məlumatda qeyd edilir ki, Azərbaycan qazı Avropada Rusiya qazına ciddi alternativ ola bilməyəcək. Çünki Azərbaycanın ehtiyatları o qədər çox deyil, həm də istehlak dəyəri baha başa gəlir. Türkmənistan və İranda isə qazın çıxarılması ucuz başa gəlir, eyni zamanda Türkmənistanın Çin kimi iri müştərisi varsa, ancaq İran qazı uzun müddətli perspektivdə Rusiya qazına ciddi rəqabətə girə bilər.
Xatırladaq ki, 2013-cü ilin sentyabr ayında Azərbaycan Avropa İttifaqına qaz nəqli ilə bağlı müqavilə imzalayıb. Qaz satıcısı kimi ARDNŞ, alıcı kimi “Shell”, Bolqarıstanın “Bulgarqas”, İspaniyanın “Gas Natural Fenosa”, Yunanıstanın DERA, Almaniyanın E.ON, Fransanın GDF Sues, İtaliyanın “Hera Trading” və “Enel”, eləcə də İsveçrənin AXPO şirkətləri iştirak edirlər.
banner

Oxşar Xəbərlər