• çərşənbə axşamı, 23 aprel, 18:46
  • Baku Bakı 20°C

Azərbaycandan daha bir ölkəyə birbaşa aviareys - Danışıqlar gedir

16.10.14 10:45 1237
Azərbaycandan daha bir ölkəyə birbaşa aviareys - Danışıqlar gedir
Bu barədə “APA-Economics”ə Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkeviçius bildirib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı müvafiq aviaşirkətlər tərəfindən danışıqlar aparılır.
“İki ölkə arasında məsafənin çox olması, bizim xalqlarımıza tez-tez görüşmək imkanı vermir. İnsanlara hərəkət etmək üçün şərtlər yaradılmalıdır, o zaman güclü axın da olur. Bakı çox gözəl şəhərdir. Baxmalı-görməli yerləri var. Litva da gözəldir. Bundan başqa, bizim xalqlarımızın ortaq bölüşəcəyi dəyərlər var”, - deyə R. Sinkeviçius qeyd edib.
banner

Oxşar Xəbərlər