AZE | RUS | ENG |

Azərbaycandan “Açıqcalar”: Müdrik qadına abidə - Video

Azərbaycandan “Açıqcalar”: Müdrik qadına abidə - Video
Euronews, Aİ
08.05.2018 

Müəllif: Qalina Polonskaya

Naxçıvan şəhərinin incisi – Möminə Xatun türbəsi. 1186-cı ildə inşa edilmiş bu abidə əsirlərdir dövrünün siyasi həyatında böyük rol oynamış görkəmli bir qadının həyat tarixçəsini qoruyur.
Türbənin 10 üzü, hər üzün də öz ornamenti var. Memar Əcəmi Naxçıvaninin bu şedevri bir xanıma ucaldılmış ən parlaq abidələrdəndir.
Qalina Polonskaya (Euronews): "Bu gün onun hündürlüyü 26 metrdir. Əzəldənsə Möminə Xatun türbəsi indikindən 9 metr hündür olub. Vaxtilə onun üstünü alaçığa bənzər günbəz bəzəyib”.
Möminə Xatun qüdrətli Şəmsəddin Eldənizin həyat yoldaşı və baş müşaviri olub. Sevdiyi qadının şərəfinə belə möhtəşəm abidənin ucaldılmasına da məhz o fərman vermişdi. Lakin tezliklə Eldəniz dünyadan köçür və türbənin inşası 11 il sonra, onların oğlunun fərmanı ilə başa çatdırılır.
Fəxrəddin Səfərli (Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru): "Möminə Xatun çox ağıllı, tədbirli bir xanım olub. O, məsləhətlərilə dövlətin idarə edilməsində iştirak edib, dövlət aparatında böyük nüfuza sahib olub”.
Türbənin üzərindəki yazılardan birində deyilir: "Biz gedərik, dünya qalandır”, "Biz ölərik, bu yadigardır”.
 
Rus dilindən tərcümə - WorldMedia.Az

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN