• cümə, 19 Aprel, 18:01
  • Baku Bakı 24°C

Azərbaycandakı Türkiyə vətəndaşları səs verirlər

17.06.18 09:30 521
Azərbaycandakı Türkiyə vətəndaşları səs verirlər
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verməyə başlayıblar.
Səsvermə Türkiyənin Bakıdakı səfirliyində, Gəncə və Naxçıvan konsulluqlarında keçirilir.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral açıqlamasında Azərbaycanda 4500 Türkiyə vətəndaşının səsvermə hüququna malik olduğunu bildirib.
Bu gün Azərbaycanla yanaşı İran, İraq, İrlandiya, İspaniya, Misir, Serbiya və Özbəkistanda yaşanan Türkiyə vərəndaşları da səsvermədə iştirak edirlər.
Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 10 siyasi partiya qatılacaq.
banner

Oxşar Xəbərlər