• cümə axşamı, 25 aprel, 04:27
  • Baku Bakı 19°C

“Azərbaycandakı tolerantlığı heç yerdə görməmişəm” - İsrail səfiri

24.12.13 10:49 1471
“Azərbaycandakı tolerantlığı heç yerdə görməmişəm” - İsrail səfiri
- Cənab səfir, Azərbaycanla İsrail arasındakı mövcud əlaqələri necə qiymətləndirirsiniz, 2013-cü ildə hansı işlər görülüb?

- Azərbaycan və İsrail münasibətləri olduqca yüksək səviyyədədir. Bu il biz, demək olar ki, bütün əməkdaşlıq sahələrində çox iş görmüşük. Davosda prezidentlər Şimon Peres və İlham Əliyevin görüşü keçirilib, İsrailin sabiq baş naziri Ehud Barak Azərbaycana səfər edib, həmçinin, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfəri zamanı bir sıra sənədlər imzalanıb. Bu yaxınlarda tərəflər diplomatik və xidməti pasportların sahibləri üçün viza rejiminin sadələşdirilməsi üzrə mühüm saziş imzalayıblar. Qeyd edim ki, İsrail hər ölkə ilə bu cür sazişlər bağlamır. Bu, Azərbaycanla İsrail arasında xüsusi münasibətlərin olduğunu bir daha göstərir.
- Ölkələr arasında iqtisadi münasibətlərin səviyyəsi necədir?

- Bir neçə sahə mövcuddur ki, orada İsrail zəngin təcrübəyə malikdir və Azərbaycan bu təcrübə ilə bölüşmək üçün ən yaxşı məkandır. Digər tərəfdən, biznesin inkişafı baxımından, Azərbaycanın İsraildə yüksək nüfuzu var. Mən yerli bazarda kifayət qədər ciddi İsrail şirkətləri müşahidə edirəm. Əgər əvvəllər bunlar aqrar sahə üzrə şirkətlər idisə, indi onlara telekommunikasiya, informasiya, su, tibb texnologiyaları və turizm də əlavə olunub. Mən əlimdən gələni edəcəyəm ki, Azərbaycanı daha çox İsrail turisti ziyarət etsin. Eyni zamanda qeyd etmək istəyirəm ki, İsrailə gələn Azərbaycan turistlərinin sayı durmadan artır. İqtisadiyyat sahəsində nailiyyətlərimizdən biri, bu yaxınlarda İsrail-Azərbaycan Ticarət Palatasının yaradılmasıdır. Eyni zamanda, biz İsrailin İxrac İnstitutun rəhbəri və aqrar sahə üzrə nümayəndə heyətlərinin Azərbaycana səfərini gözləyirik. Yaxınlarda AZAL İsrail istiqamətində yükdaşıma uçuşlarına başlayıb, bu da ikitərəfli əlaqələrə müsbət təsir göstərəcək. İsrail, öz növbəsində, Azərbaycanın enerji ehtiyatlarının hasilatı sahəsindəki təcrübəsini öyrənmək arzusundadır. İsraildə yeni qaz ehtiyatları aşkar olunduğundan, biz qaz ixracını təşkil etmək niyyətindəyik. Beləliklə, iqtisadi münasibətlər, siyasi əməkdaşlıqla paralel olaraq, genişlənir.
- Ölkələrarası münasibətlərin uğurlu olduğunu qeyd etdiniz. Belə olan halda İsraildə Azərbaycan səfirliyinin açılmasına nə mane olur?

- Bu, Azərbaycanın qərarıdır. Biz bu qərarı yalnız alqışlaya bilərik. Bununla bağlı prezident Şimon Peresdən sitat gətirmək istərdim: “22 ildən sonra İsraildə Azərbaycanın səfirliyinin açılması vaxtı çatıb və biz ümidvarıq ki, bu, baş tutacaq”.
- İsrailin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

- Burada olduğum zaman iki qaçqın düşərgəsini ziyarət etmişəm. Bu məni çox təsirləndirdi. Azərbaycanlıların necə güclü və ürəkli olduqlarını gördüm. İztirab çəkən insanları görəndə, əmin olmaq istəyirsən ki, məsələ tezliklə həll olunacaq. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Eyni zamanda, biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. İsrail XİN-in başçısı Aviqdor Libermanın dediyi kimi, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Gəlin ümidvar olaq ki, Dağlıq Qarabağ münaqişəsinin həllində 2014-cü il xoş müjdəli olacaq.
- İsrail Yaxın Şərq kimi həssas regionda stabilliyi necə qoruyub saxlaya bilir?

- Bəli, ətrafımıza nəzər yetirsək, İsrail sanki bir stabillik adasıdır. İlk növbədə, biz güclü olmalıyıq və İsrail - qüdrətli dövlətdir. Həmçinin, biz demokratik ölkə olmalıyıq. Məhz bu amil bizi qonşularımızdan fərqləndirir. Biz, İordaniya və Misir də daxil olmaqla, bir çox ərəb ölkələri ilə diplomatik münasibətlər qurmuşuq. Fələstinlə danışıqlar aparırıq. Digər tərəfdən, İrandan gələn təhlükələri görürük. Bu ölkə bütün ərəb dünyasına mənfi təsir göstərir. Biz kiçik millətik və beynəlxalq aləm bu məsələ ilə bağlı tədbir görməlidir.
- Beynəlxalq sanksiyalara baxmayaraq, İran nüvə proqramının inkişafını davam etdirir. Bununla bağlı İsrail hansı addımlar atacaq?

- İsrailin baş naziri bu haqda “5+1” formatında keçirilən görüşləri şərh edərkən son dərəcə aydın açıqlama verib: “Mənfi razılaşmaya gəlməkdənsə - gəlməmək yaxışdı”. İranı zaman sınayacaq. Bu işdə, həmçinin, ciddi sanksiyaların tətbiq edilməsi də vacibdir. İranı danışıqlar masasına məhz sərt sanksiyalar oturda bilər.
- İkitərəfli münasibətlərə qayıdaq. İsrail Azərbaycandan nəyi öyrənə bilər?

- Azərbaycanda böyük yəhudi icması var. Mən diplomat kimi bir çox ölkədə olmuşam, Azərbaycanda olduğu tolerantlığı heç yerdə görməmişəm. Azərbaycanlılar israillilər kimidirlər - səmimi və mehriban...
banner

Oxşar Xəbərlər