• cümə, 19 Aprel, 08:01
  • Baku Bakı 13°C

“Azərbaycandakı sabitlik Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir"

07.05.18 16:45 635
“Azərbaycandakı sabitlik Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir"
"Avropa İttifaqıvə Azərbaycan arasında ortaq çağırışlar var”.
APA-nın məlumatına görə, bunu Bakıda keçirilənAvropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasındaAvropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərim bildirib.
S. Kərim deyib ki, 2016-cı ilin noyabrında AzərbaycanlaAvropa İttifaqıarasında danışıqlara başlamaq üçün mandat verilib və bu danışıqlar 2017-ci ilin fevralında başlayıb: "Azərbaycanın ticarətinin yarısıAvropa İttifaqıölkələrinin payına düşür.Avropa İttifaqıölkələrinin neftə tələbatının 5 faizini Azərbaycan təmin edir. Cənubi Qafqaz Qaz Dəhlizi layihəsinəAvropa İttifaqıböyük önəm verir. Bizi həm də Azərbaycanın böyük nəqliyyat qovşağına çevrilməsi maraqlandırır. Bu baxımdanBakı-Tbilisi-Qarsdəmir yolu önəmlidir”.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri bildirib ki, Azərbaycandakı stabillik Avropaİttifaqı üçün böyük əhəmiyyət kəsb edir: "Prezidentİlham Əliyevin fəaliyyəti dövründə fundamental demokratiya məsələlərini müzakirə edəcəyik. Bu gün prezidentlə görüşdük və çox gözəl müzakirələrimiz oldu. Biz təhlükəsizlik məsələlərinə də nəzər salmalıyıq. SöhbətDağlıq Qarabağmünaqişəsindən gedir”.
banner

Oxşar Xəbərlər