• çərşənbə, 24 Aprel, 21:50
  • Baku Bakı 23°C

Azərbaycandakı nigeriyalılar yeni prezidentlərini seçdi

16.05.14 17:08 1473
Azərbaycandakı nigeriyalılar yeni prezidentlərini seçdi
8 ildən çoxdur Azərbaycanda yaşayan və ictimai fəaliyyətlə məşğul olan Nik Nvolisa Azərbaycandakı Nigeriyalıların Diaspora Təşkilartına (NDT) yeni prezident seçilib. Bu barədə bizimlə söhbətində Nik Nvolisa məlumat verdi. Onun sözlərinə görə, ölkəmizdə yaşayan nigeriyalılar Azərbaycan cəmiyyəti ilə pozitiv əməkdaşlıq etmək, bununla da Nigeriya və Azərbaycan əlaqələrini daha da gücləndirmək niyyətindədirlər.
N.Nvolisanın sözlərinə görə, Nigeriya və Azərbaycan müvafiq regional siyasi mühitdə qlobal enerji sahəsində vacib rol oynayırlar. O, bildirdi ki, Nigeriyanın Azərbaycanda səfirliyinin olmadığı üçün NDT Azərbaycanda yaşayan nigeriyalılar üçün birbaşa dəstək xidməti göstərmək niyyətindədir: “Həmçinin təşkilatımız digər ölkələrdəki, xüsusilə də Avropadakı diasporalarla da işləyəcək. Qeyd edim ki, NDT xaricdə yaşayan nigeriyalılarım ən böyük təşkilatıdır və Nigeriya hökuməti tərəfindən tanınır. Avropa, Asiya və Amerikanın bir çox ölkələrində NDT-nin yerli təşkilatları fəaliyyət göstərir”.
Azərbaycanda yaşayan həmyerliləri barədə məlumat verən N.Nvolisa bildirdi ki, hazırda nigeriyalılar respublikamızda müxtəlif sahələrdə çalışırlar: “Azərbaycandakı nigeriyalılar əsasən neft və qaz sektorunda, həmçinin müxtəlif şirkətlərdə mühəndis, ingilis dili, idman müəllimi kimi çalışır, həmçinin biznesmen, müxtəlif komandalarda futbolçu kimi fəaliyyətini davam etdirən nigeriyalılar da var. Həmyerlilərimin bir çoxu isə tələbədir. Uşaqlar da daxil olmaqla hazırda Azərbaycanda 80-100 arasında nigeriyalı yaşayr”.
Azərbaycanda yaşadığı müddətdə həmişə yaxşı nümunə göstərdiyini deyən N.Nvolisa bu işini davam etdirəcəyini dedi: “Ümid edirəm ki, fəaliyyətimin sonunacan Nigeriya və Azərbaycam əlaqələri daha da güclənəcək”.
banner

Oxşar Xəbərlər