• cümə axşamı, 25 aprel, 05:33
  • Baku Bakı 19°C

Azərbaycandakı dini konfessiyalar seçkilərlə bağlı bəyanat qəbul edib

19.09.13 12:02 1349
Azərbaycandakı dini konfessiyalar seçkilərlə bağlı bəyanat qəbul edib
APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, din dövlətdən ayrı olmasına baxmayaraq, əsl dindarlar Vətəndən ayrı olmamalıdırlar: “Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dindarlar əsl dindar həyatı yaşamağa başlayıb. Heydər Əliyev İslam dininin mahiyyətini duyur, xalqın mənəviyyatının təkmilləşməsində rolunu qiymətləndirirdi. Prezident İlham Əliyev Heydər Əliyevin uğurlu yolunu davam etdirir və biz dindarların da hüsn-rəğbətini qazanmağa nail olub. Azərbaycanda yaşayan müsəlmanlar, xristianlar və yəhudilər dövlətin qayğısını hər zaman hiss edir. Prezident İlham Əliyev dini tolerantlığı ən böyük nemət kimi qiymətləndirir. Azərbaycanda dini dəyərlərin müdafiəsi xüsusi yer tutur. Biz dindarlar prezident İlham Əliyevə 10 illik fəaliyyətinə, dindarlara qayğısına görə təşəkkür edirik. Xalqımızı prezident seçkilərində prezident İlham Əliyevə səs verməyə çağırırıq”.
banner

Oxşar Xəbərlər