• şənbə, 20 Aprel, 11:52
  • Baku Bakı 14°C

Azərbaycanda yüksək dövlət investisiyaları iqtisadi artıma töhfə verir

14.05.18 11:20 617
Azərbaycanda yüksək dövlət investisiyaları iqtisadi artıma töhfə verir
"Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 2017-ci ildəki gözləntiləri üstələyib. Orta müddətli perspektivdə bu regionda iqtisadi artım sabitləşəcək”.
"APA-Economics” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında deyilir.
Hesabatda qeyd olunub ki, 2017-ci ildə neft qiymətlərinin kəskin yüksəlməsi nəticəsində Qafqaz və Mərkəzi Asiyanın neft ixracatçısı ölkələrindən Azərbaycan və Qazaxıstanda iqtisadi artım 4% təşkil edib. "Azərbaycanda yüksək dövlət investisiyaları digər sektorlarda olan zəifliyi kompensasiya edərək artıma töhfə verib,” – deyə hesabatda bildirilir.
Hesabat müəllifləri qeyd edir ki, neft ixrac edən ölkələrin fiskal mövqeyi də yaxşılaşıb: "Kapital xərcləri ilə bağlı əsaslı artım planları Azərbaycanda iqtisadiyyatın absorbasiya qabiliyyətini yüksəldə bilər. Hazırda ölkədə fiskal qaydalar işlənib hazırlanır”.
banner

Oxşar Xəbərlər