• cümə, 19 Aprel, 22:24
  • Baku Bakı 24°C

Azərbaycanda yeni “Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb

04.12.18 12:40 610
Azərbaycanda yeni “Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb
Azərbaycanda yeni "Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb.
Trend-in məlumatına görə, 5 fəsil 33 maddədən ibarət olan "Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Komitə sədri İsa Həbibbəyli deyib ki, yeni qanun layihəsinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.
Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.
Yeni qanun layihəsinin müzakirələrdən sonra Milli Məclisin plenar iclasına təqdim edilməsi nəzərdə tutulur.

banner

Oxşar Xəbərlər