• cümə, 19 Aprel, 11:33
  • Baku Bakı 13°C

Azərbaycanda yeni əczaçılıq zavodu inşa olunacaq

11.01.17 19:47 898
Azərbaycanda yeni əczaçılıq zavodu inşa olunacaq
Yanvarın 16-da İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Bu barədə "APA-Economics”ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulacaq.

Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq.
banner

Oxşar Xəbərlər