• cümə, 19 Aprel, 05:46
  • Baku Bakı 18°C

Azərbaycanda yeni dövlət xidmətləri yaradıldı

10.10.14 18:29 1248
Azərbaycanda yeni dövlət xidmətləri yaradıldı
Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Prezidentin 2010-cu il 14 iyul tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti yaradılıb. Bundan başqa, Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılıb.
Dövlət Baytarlıq Xidməti Dövlət Baytarlıq Nəzarəti Xidməti adlandırılıb.
Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyinin strukturu təsdiq edilib. Kənd Təsərrüfatı Nazirliyi aparatının işçilərinin say həddi 215, rayon və şəhər idarələrinin işçilərinin say həddi 780, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 36, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 26, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 40, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 24, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi aparatının işçilərinin say həddi 7, onun tabeliyində olan rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin işçilərinin say həddi 87 ştat vahidi müəyyən edilib.
banner

Oxşar Xəbərlər