• cümə axşamı, 18 aprel, 19:44
  • Baku Bakı 21°C

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları referendumla bağlı səs verirlər

09.04.17 13:44 630
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları referendumla bağlı səs verirlər
Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da referendum keçiriləcək. Bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları isə referendumla əlaqədar aprelin 9-da səs verirlər.
APA-nın məlumatına görə, Türkiyənin Bakıdakı səfirliyində, eləcə də Türkiyənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılıb.
Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da referendumla bağlı səs verib v'bu referendumun türk xalqına uğur gətirəcəyini bildirib
Qeyd edək ki, Azərbaycanda 6 mindən çox türkiyəli seçici qeydiyyata alınıb.
banner

Oxşar Xəbərlər