AZE | RUS | ENG |

Azərbaycanda yanğın hadisələri artıb, ölənlərin çoxu kişidir

Azərbaycanda yanğın hadisələri artıb, ölənlərin çoxu kişidir
2018-ci ildə Azərbaycanda 2210 yanğın hadisəsi qeydə alınıb ki, bu da 2017-ci ilin göstəricisindən 4,0 faiz çoxdur.
Trend-in məlumatına görə, yanğınlar nəticəsində 65-i kişi, 18-i qadın olmaqla 83 nəfər (onlardan 13 uşaq) həlak olub, 484 tikili, 250 baş mal-qara, 131 nəqliyyat vasitəsi məhv olub və 15,8 milyon manat məbləğində maddi ziyan vurulub.

Hesabat dövründə qeydə alınmış yanğınların 890-ı elektrik avadanlıqların quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 366-sı odla ehtiyatsız hərəkət (onlardan 96-sı tütün çəkmə zamanı), 244-ü odvurma (yandırma) yolu ilə əmlakın məhv edilməsi (korlanması), insan sağlamlığına xətər yetirilməsi məqsədilə qəsdən edilən hərəkətlər, 85-i sobaların quraşdırma və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 625-i isə digər səbəblər nəticəsində baş verib.
Ötən il ərzində qeydə alınmış yanğınların 70,7 faizi yaşayış, 5,8 faizi sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 2,2 faizi istehsal obyektlərində, 0,5 faizi anbar və bazalarda, qalanları isə digər obyektlərdə baş verib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056