• cümə axşamı, 28 mart, 21:00
  • Baku Bakı 13°C

Azərbaycanda xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib

14.12.17 11:50 1505
Azərbaycanda xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib
Azərbaycandan kənarda döyüşən 30 nəfərin şəxsiyyəti müəyyən olunub.

APA-nın məlumatına görə, bu barədəDövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 2017-ci ildə Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib. Bundan başqa,xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxla­nılıb, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
banner

Oxşar Xəbərlər