AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxslər maliyyə məlumatlarını təqdim edəcəklər

Azərbaycanda vəzifəli şəxslər maliyyə məlumatlarını təqdim edəcəklər

Cəmiyyət
28 Fevral 2020, 11:07 395
Azərbaycanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlər həyata keçiriləcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Milli Fəaliyyət Planında qeyd edilir ki, 2020-2022-ci illər ərzində bu işlərin icraçıları Nazirlər Kabineti, Ədliyyə Nazirliyi olacaq.
Bununla yanaşı, bu il ərzində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, korrupsiya risklərinin müəyyən edilməsinə, təhlilinə və qarşısının alınmasına dair metodologiya hazırlanacaq.
2020-2022-ci illərdə korrupsiyanın ümumilikdə və sahələr üzrə səbəbləri, xüsusiyyətləri, səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının həyata keçirilməsi üçün bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək veriləcək. Bu işin icraçısı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.