• şənbə, 20 Aprel, 09:25
  • Baku Bakı 14°C

Azərbaycanda vəzifədə oturub, azərbaycanlılara qarşı işləyən ermənilər

16.04.19 11:00 1442
Azərbaycanda vəzifədə oturub, azərbaycanlılara qarşı işləyən ermənilər
1920-ci ilin 27 aprel işğalından sonra uzun illər (1950-ci ilin sonlarına kimi) məmləkətimizə rəhbərlik edənlərin (əslində ölkəmizi çapıb-talayanların) əksəriyyəti ruslar, ermənilər və s. millətlərin nümayəndələri olub. Bəzən gözdən pərdə asmaq üçün müavin, şöbə rəisi və digər vəzifələrə azərbaycanlıları təyin etsələr də, söz, ixtiyar sahibi başqaları idi.
Görkəmli yazar Manaf Süleymanlının təbrincə desək, Mikoyan-Mirzoyan dəstəsi partiya və dövlət orqanlarında öz adamlarını ən mühüm, ən məsul vəzifələrdə yerləşdirmişdi. Levon Mirzoyan Azərbaycan KP MK və Bakı komitəsinin birinci katibi, Martirosov MK təşkilat şöbəsinin müdiri, Arşunov neft sənayesi şöbəsinin müdiri, Anfiyasova (Xaçaturova) məxfi hissənin müdiri, Kökçyan, Lalayan, Qasparyan katib köməkçiləri, Babayan partiya komissiyasının rəhbəri, Sarkisyan birinci katibin mühafizə dəstəsinin rəhbəri, Ağababayan Nazirlər Soveti sədrinin birinci müavini, Agitfiyan Dövlət Plan Komitəsi sədrinin birinci müavini, Adamyan yeyinti sənayesi naziri, Karkaryan yüngül sənaye naziri, Abramyan balıq sənayesi naziri, Marriyan Azərbaycan dövlətinin Moskvadakı rəsmi müvəkkili işləyirdilər. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Komitəsinin rayon şöbələrinin rəhbərləri və aparıcı işçilərin əksəriyyəti ermənilər idi. Bununla kifayətlənməyən ermənilər, azərbaycanlılara pislik etmək və onlardan bəhrələnmək üçün qızlarını, arvadlarını, bacılarını ən rəzil hərəkətlərə belə sövq edirdilər. Vəzifə və sərvət sahibi olan azərbaycanlıların katibələri, köməkçiləri əksərən cavan erməni qız-gəlinləri idi.

Belə çirkab oyunların icraçılarından biri də Levon İsayeviç Mirzoyan idi. O, Mirzoyan ki, 1920-ci ildən 1933-cü ilin sonuna kimi Azərbaycanda "burada mənəm, Bağdadda gör xəlifə” prinsipi ilə işləyib. 1920-25-ci illərdə Azərbaycan Həmkarlar İttifaqının sədri, Azərbaycan SSR Əmək Xalq Komissarı, 1926-29-cu illərdə AK (b) P MK-nın birinci katibi vəzifələrində də işləyib. Ona kimi bu vəzifəni V.İ.Naneyşvili, Y.D.Stasova, Q.N.Kaminski və S.M.Kirov icra edib.

L.İ.Mirzoyan 1887-ci ildə (bəzi mənbələrdə 1897-ci il qeyd edilir) Şuşada kəndli ailəsində anadan olub. İlk təhsilini Şuşada alan Levon, gənc yaşlarında Bakıya gəlir və burada gizli fəaliyyət göstərən siyasi dərnəklərə üzv olur. 1917-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olan L.İ.Mirzoyan Binəqədi neft mədənlərində fəhlələr arasında partiya işi aparmış, Bakı Sovetinə üzv seçilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə demokratik hökumətin əleyhinə gizli fəaliyyət aparan Levon, 1919-cu il may siyasi tətilinin rəhbərlərindən olmuş, 1920-ci ilin aprel işğalında yaxından iştirak etmişdir.
Xatirələrdən və tədqiqat əsərlərindən belə bəlli olur ki, Levon kobud, qəddar, hiyləgər, dikbaş, amma çox ağıllı bir siyasət adamı imiş. Hər zaman azərbaycanlılara qarşı nifrətini açıq-aydın bildirən Levon, buna görə S.M.Kirova arxalandığını da gizlətməzdi. Məsələn, o, dövrün canlı şahidi olan yazıçı Manaf Süleymanlı yazır: "Azərbaycan KP MK və Bakı Komitəsinin birinci katibi Levon Mirzoyan azərbaycanlı vəzifə sahiblərini itaətdə saxlamaq üçün min bir hiylə və üsuldan istifadə edirdi. Hərəsi üçün xüsusi iş açmışdı. Orada hər kəsin nəslində olan bu və ya digər ləkəli-kölgəli faktları, lap xırda cəhətləri qeyd edirdi. Sonra bunları o adama deyib gözükölgəli edərək, qayğı göstərirmiş kimi yola salır, bununla da hər ehtimala qarşı, neytrallaşdırırdı. Çoxları susurdu. Lakin "çızığından” çıxanlar da olurdu. Belələrini "ifşa” edir, partiyadan qovdururdu. Başqalarına da ibrət dərsi verirdi. Özü də işi, azərbaycanlıların əli ilə görürdü, ilanı Seyidəhməd əli ilə tuturdu”
(Deylənə görə Levon Mirzoyanın bu çirkin əməllərinə qarşı heç nədən qorxmadan sözünü deyən oğullarımız da olub və onların arasında Dəmir Çaxmaxbəy adlı gənc, təhsili bir azərbaycanlı sona qədər onunla mübarizə aparıb, Mirzoyanı məğlub edib. Növbəti saylarımızda onun haqqında geniş məlumat verəcəyik).
Manaf müəllim daha sonra qeyd edir ki, Azərbaycanda vəzifədə olan əksər ermənilər kimi, Mirzoyan da əsasən Nəriman Nərimanovun əleyhinə təbliğat aparırdı: "Bunun üçün savadsız, köhnə bolşeviklərdən ibarət xüsusi dəstəsi də vardı ki, lazım bildikdə qısqırırdı. Bu boşboğaz, çənədən saz və səsdən gur, lakin mərifətdən məhrumlar girirdilər meydana. Özləri də yığıncaqda səpələnirdilər ki, ümumi rəy yaratsınlar. Hər dəfə Nəriman Nərimanovun əleyhinə danışır, ona millətçi damğası vururdular. Mirzoyan bu xüsusi dəstəsinin üzvlərinə hər ay pal-paltar, ayaqqabı payı verirdi”. Çox böyük təəssüf ki, ruslar, ermənilər N.Nərimanovu millətçi, özününkülər isə bolşevik adlandırırdılar və bu yanlışlıq bu gün də davam etməkdədir.
1933-cü ilin əvvəllərinə kimi Azərbaycanda at oynadan, saysız-hesabsız ocaqlar qaraldan, evlər dağıdan Levon Mirzoyan Mərkəzdən mükafatlandırılır. Dövrünün ən böyük mükafatına - V.İ.Lenin ordeninə layiq görülür və Qazaxıstan KP MK birinci katibi vəzifəsinə təyin edilir.

1939-cu ilə qədər Qazaxıstanda müsəlmanlara qənim kəsilən bu cəllad, həmin ilin sonunda həbs edilərək Moskvaya - Lefortova həbsxanasına gətirilir. Uzun-uzadı işgəncələrdən sonra "xaç qardaşları” onu güllələyir.

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər