Azərbaycanda vergi və gömrük inzibatçılığının strategiyasının hazırlanması təklif edilib

Azərbaycanda vergi və gömrük inzibatçılığının strategiyasının hazırlanması təklif edilib

İqtisadiyyat
10 Noyabr 2019, 16:00 1088
Hesablama Palatası gömrük orqanları xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərin yığımı prosesinin daha da təkmilləşdirilməsi məqsədilə elektron informasiya sistemində xarici ticarətin iştirakçılarının dövlət büdcəsi ilə hesablaşmalarının uçotunun aparılmasında "şəxsi hesab vərəqəsi” prinsipinin tətbiq olunmasını təklif edib.
APA-nın məlumatına görə, bu, Hesablama Palatasının "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Sənəddə qeyd edilib ki, borc və artıq ödəmə məbləğlərinin, eləcə də gömrük ödənişlərinin (ödənişləri həyata keçirən şəxslərin) gömrük bəyannamələrinə uyğun uçotunun təşkil olunması məqsədəmüvafiq hesab olunur: "Ümumilikdə isə vergi və gömrük inzibatçılığının inkişafı üçün inzibatçılığın səmərəliliyinin mütəmadi olaraq qiymətləndirilməsi (diaqnostikası) mütləq şərtdir. Bu baxımdan da konkret hədəflər üzrə kəmiyyət göstəriciləri əks etdirilməklə inzibatçılığın orta və uzunmüddətli dövr üçün inkişafı strategiyasının təsdiq olunması zərurəti yaranır”.