• çərşənbə, 24 Aprel, 08:46
  • Baku Bakı 13°C

Azərbaycanda vergi azadolmalarına limit tətbiq olunması təklif olunur

13.02.18 12:15 878
Azərbaycanda vergi azadolmalarına limit tətbiq olunması təklif olunur
Azərbaycanda vergi azadolmalarına limit tətbiq olunması təklif olunur.
"APA-Economics" xəbər verir ki, bu təkliflə "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransdaMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda vergi azad olmaları həddindən artıq çoxdur. "Əvvəlki dövr üçün bu mümkün idi. İndiki şəraitdə bu azad olmalara limit tətbiq etmək lazımdır", - deyə Z. Səmədzadə qeyd edib.
O bildirib ki, sadələşdirilmiş verginin ÜDM-də çəkisi 0,8%-dir: "Dövlət büdcəsi gəlirlərinin ÜDM-də payı 13%-dir. Bu rəqəm 30-35 faizə qaldırılsa, digər problemlərin də qarşısı alına bilər".
banner

Oxşar Xəbərlər