• cümə axşamı, 28 mart, 21:02
  • Baku Bakı 13°C

Azərbaycanda vəkillərin cəzalandırılması ilə bağlı yayılan fikirlər əsassızdır

12.12.18 14:15 443
Azərbaycanda vəkillərin cəzalandırılması ilə bağlı yayılan fikirlər əsassızdır
Vəkillər Kollegiyasının vəkillərin fəaliyyətinə xitam vermək səlahiyyəti yoxdur.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kollegiyanın sədri Anar Bağırov deyib.
O bildirib ki, kollegiya yalnız vəkilin fəaliyyətini dayandıra bilər: "Vəkillər Kollegiyası vəkilin fəaliyyətini dayandıra bilər və vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Son sözü və son qərarı məhkəmə qəbul edə bilər".
A.Bağırov xatırladıb ki, Azərbaycan Vəkillər Kollegiyası 2018-ci ildə 4 vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib: "Onlardan 3 nəfər üzvlük haqqını ödəmədiyi üçün fəaliyyəti dayandırılıb, yəni 6 aydan artıq üzvlük haqqını ödəməyən vəkilin fəaliyyəti dayandırılır. 1 vəkil isə kobud qanun pozuntularına yol verdiyinə və davranış qaydalarını pozduğuna görə belə bir qərar qəbul olunub".
Kollegiya sədri qeyd edib ki, Azərbaycanda vəkillərin cəzalandırılması ilə bağlı yayılan fikirlər əsassızdır: "Bunlar dedi-qodudan başqa bir şey deyil".
banner

Oxşar Xəbərlər